Siunist  devlet bashcisi bu gun Bakidadir

 

Gezze muselmanlari

batmiyacaq qanlari

 

-------------------------------------

Azerbaycan oyaqdi

felestine dayaqdi

 

------------------------------------------

muselman ! eyle feryad

geldi ishqaci cellad

 

------------------------------------------

millet gelib feryada

 

yol vermerik cellada

لینک
دوشنبه ۸ تیر ،۱۳۸۸ - şakir

       

 

 

HƏZRƏT FATİMƏNİN ŞƏHADƏTİ 

Həzrət Fatimə (s) öz mübarək və İlahi yola həsr olunmuş həyatının son dövründə artıq geri dönməz itkilərin baş verdiyindən və Həzrət Əli (ə) üçün önəmli bir iş görə bilmədiyinin anlamından dərin iztirab keçirirdi.O, var qüvvəsi ilə çalışırdı ki, xilafət binasının təməli çürümüş durumda qoyulmasın, amma artıq öz son cəhdlərindən də ümidini kəsmişdi.Artıq yaşaya bilmirdi Zəhra. Gün keçdikcə Yaradanına qovuşmaq üçün səbirsizləşirdi. Nəhayət Hicri 11-ci ilin Cəmadiüs-sani ayının üçüncü bazar ertəsi günü, atasının rehləti ilində, uşaqlarını öpüb onlarla vidalaşdı Zəhra..:Daha doğrusu vidalaşdırdılar. Hamı bilir ki, Peyğəmbərimizin qızı xanım Zəhra öz əcəli ilə ölməmişdir. Onun nəinki tək özünü, hətta qoynundakı hələ dünyaya gəlməmiş Möhsününü belə xəyanətkar zalımlar şəhid etmişlər. Çünki, xanım Zəhra öz atası və həyat yoldaşının qəsb olunmuş haqqını müdafiə etdiyi üçün o xəyanətkarlar tərəfindən ağlasığmaz mənəvi müsibətlərə məruz qalmış və bu azmış kimi, mübarək vücudu qapı arxasında qalıb zərbələnmişdi. Az keçmədən, bütün bunların nəticəsində xanım Zəhra müsibətli həyatı ilə vidalaşmışdır…Bəli, o gecə Zəhra bütün ailəsi ilə vidalaşdı.Yeddi yaşında olan Həsən (ə) ilə;Altı yaşında olan Hüseyn (ə) ilə;Beş yaşındakı Zeynəb (ə) ilə;Üç yaşında olan Ümmü Gülsüm ilə;Axırda isə Əli (ə) ilə vidalaşdı. Nə çətin idi o vida anları! Fatimə (s) qüsl etmək üçün su istədi. Allahı ilə görüşə getdiyi üçün təzə paltar geyindi. Sonra isə üzü qibləyə tərəf uzandı və gözləməyə başladı. Bir az sonra gözlərini yumub dünyadan köçməsi ilə Əlinin evində yanan bir şam artıq sönmüşdü.Əli (ə) Fatimənin vəsiyyətinə əməl edərək ona özü qüsl verdi, kəfənləyib dəfn etdi.Amma qəbrinin yeri gizli qalmalı və heç kimin xəbəri olmamalı idi.O gündən indiyə qədər və gələcəkdə də davam edəcək bir mübarizədir bu hadisə.Haqqını basanlar oraya gəlib namaz qılmalı idilər. Həzrət Fatimə (s) gələcək nəsillərə bunu demək istəyirdi ki, mənə zülm olundu, ürəyim qəmlə doludur və mən ədalətin bərpa gününü gözləyirəm.Artıq Əli (ə) yalqızdır. Tənha özü qalıb, bir də uşaqları...Həzrət Zəhranın qəbrinin yanında oturub Peyğəmbərin qəbrinə xitabən dedi: «Ey Allahın Peyğəmbəri! Mənə tapşırdığın əmanəti sənə qaytarıram. Başıma gələn bütün əhvalatları qızın sənin üçün olduğu kimi danışacaqdır. Bütün suallarını ondan soruş. O, hamısını sənə deyəcək…».Ya Əli! Ya Əli! Nə yaman müsibət çəkdin sən… Və hələ nə qədər çəkəcəksən… Hələ neçə illər qalır sənin Allah Rəsulu (s) ilə, Həzrət Fatimə (s.ə.) ilə görüşünə… Sonra isə müsibətli balalarınınz da sizə qoşulacaq

لینک
دوشنبه ۸ تیر ،۱۳۸۸ - şakir

       

 

 

Itkin Mezar

 

Gecə, zülmət, qaranlıq. Ətrafa cökən dərin bir səssizlik. Peygəmbər (s) şəhəri – Mədinə. İnsiz-ətərsiz və dərin yuxuya getmiş şəhər. Rəsulundan (s) bir necə ay öncə ayrılmış boynu bükük, miskin məkan. Peyğəmbər (s) məscidi – ətri-təravəti cəkilən səcdə yeri, vəhy kəlmələrinə və kamil insan tərbiyəsinə qəribsəyən minbər. Məscidə çıxışı – qapısı-qapısına açılan Əhli-beyt (ə) evi. Bir kiçik ev ki, aləmlərə sığmayan kədərin, sözlərə, kəlmələrə bəs etməyən qüssənin – bir hüzünlü gecənin şahidi. Qaraya bürünmüş, gözü yaşlı, qəm və kədər dəryasında boğulan ev əhli. Üzü qibləyə uzanmış mütəhhər vücud. Dövrə vurub için-için səsssizcə ağlayan pak vücudlar. Solub gedən, ətri duyulmayan Rəsulun (s) əmanət adlı ilk nişanəsi. Atasının anası, dərdlərinin davası, bədəninin parası olan xanim (s.ə) ilk olaraq qovuşur Rəbbinə və Rəsuluna (s).     Gecə, zülmət, qaranlıq. Bəqi məzarlığı. Bir necə nəfərin müşayətilə aparilan müqəddəs cənazə. Nə cənazə? Kulli mələkut aləminin, yüz iyrmi dörd min peyğəmbərin və daha kimlərin müşayət etdiyi cənazə. Ayrılıq məqamı, həsrət qovğası – torpağı yenidən pak edən vücud nişanəsiz torpağı qoynuna alır. Saxlamır özündən sonra heç bir iz, qoymur üzr yeri onu incidənlərə, dil yarası vuranlara, risalətə uyğun davranmayanlara, əmanətə namərdcəsinə xəyanət edənlərə. Layiq bilmir onları cənazəsini müşayət etməyə, cənazə namazını qılmağa, şəfaət almağa.     Qalır gizlində qəbri onu sevənlər üçün də. Dolanarkən Bəqini həsrətlə baxır ətrafa, bəlkə bir nişanə ola, tanıtdıra o qəbri onu sevən insana. Alır o həsrətin yanğısını saxlayıb məsafəni Məscidul-Nəbidən (s), elə Bəqidəki 4 İmamın (ə.s) mütəhhər məzarından. Yollanır Kufəyə, Kazımeynə, Samirraya. Dolub daşan kədərlə üz tutur Kərbəlaya. Dolanır başına Məşhədin, Cəmkəranın. Ta ki sorağı olsun Fatimeyi-Zəhranın (s.ə.).     İllərlə, əsrlərlə davam edir bu hali-əhval. Aşiqlər dolanırlar nuri mütəhhərlərin – pak hərəmlərin dövrəsinə. Şadlıqlarını şadlıq kimi, kədərlərini kədər kimi qarşılayırlar. Xanım (s.ə.) da dolanır tək-tək onu sevib balalarının məzarlarına dolananların başına. Olur Allahla öz sevənləri arasında müqəddəs bir vəsilə. Eşıdır hər deyilən səmimi salamı, salavatı, oxunan «Təvəssül»ü, «Kumeyl»i, saxlanan əzani, matəmi.     Bir qaim olan məzarimz, bir Qaim olan İmamımiz (ə.f.) var bizlərin. Qaim olan məzarın tək ziyarətcisi qaim olan İmam (ə.f). Gözlərdən, nəzərlərdən itkin İmam (ə.f) hər gün ağlayır, sızlayır, əza saxlayir o itkin məzarın kənarında. Açaraq əllərini dua edir bizləri  - o həsrətliləri, o miskinləri və daim qəlbi yaralıları. Oxuyur daim «Fərəc» duasını. İstəyir zühurunu. Aşkar edib tanıtmaq ücün o şərafətli, mütəhhər, gözlərdən xali məzarı.     Bizlərsə toplanarkən o hərəmlərin dövrəsinə pənah aparırıq ilk növbədə məzlum xanım (s.ə.) qapısına. Bu elə qapıdır ki, onun vasitəsilə acılır üzümüzə digər bağlı məsum qapılar. Ərz edərək: «Ya xanım (s.ə.), biz gəlmişik. Dil yarası, əl silləsı, od şöləsilə gəlməmişik. Aç qapını üzümüzə. Göz yaşı ilə, açılan əl duası ilə, köz bağlamayan qəlb yarası ilə gəlmişik».     Yetimik, kimsəsizik, qəlbi sınıqlar kimi döyürük qapını eşqlə, məhəbbətlə, sədaqətlə. Döyürük o sınan qapını. Yandırılan qapını. O qədər sınan qapımız, od vurulan evimiz, sillə dəyən cismimiz, qəsb olunan torpağımız, əl-ayaq bağlanan vücudumuz var ki. Tanıdaraq özümüzü xalis əməl, pak niyyətlə, eşitdirərək səsimizi səmimi dua, şövqlü ibadətlə, təsdiqləyərək intizarı yorulmadan fərəcə xidmətlə – onda açilar qapı da, edilər şəfaət də, sayılarıq əsl tərəfdar da, sevər bizi Əhli-beyt (ə) də. Tapılar onda itkin məzar da, gələr nəhayət ki, bu intizarın sonu da…

لینک
دوشنبه ۸ تیر ،۱۳۸۸ - şakir

   Mir Məhəmməd Kərim ağa   

Mir Məhəmməd Kərim ağa

 

Aslan Kənan


Azərbaycan R(
Şimalİran ) da elə din xadimləri və alimlər olmuşdur ki, bu gün onları tamamilə unutmaq və fəaliyyətlərini danmaq, adının üstündən qara xətt çəkmək tarix qarşısında ən azı insafsızlıq olardı. Belə şəxsləri XX əsrin əvvəllərində, eləcə də sonrakı illərdə də həyatımızın inkişafına maneçilik törədən insanlar kimi qəbul edir və hər zaman onları təqib edirdik.
Heç vaxt fəaliyyətlərinə obyektiv qiymət vermir, yalnız yuxarılardan gələn tapşırıqlar əsasında bütün din xadimlərini ucdantutma tənqid və ifşa etməkdən çəkinmir, aramızdan uzaqlaşdırmaqdan xüsusi həzz alırdıq. Bu azmış kimi, mətbuatda, efirdə, televiziya ekranlarında onları ələ salmaqdan, hətta bir zaman “Allahsızlar” adı altında qəzet çıxarmaqla onları təhqir etməkdən belə utanmırdıq.
O zaman biz dərk etmək istəmirdik ki, xalqın malını soyan, kasıbın son qəpiyini əlindən alan, fırıldaqçı, rüşvətxor mollalarla (eyni sözləri hakim təbəqədə olan, kommunist ideyasını kor-koranə təbliğ edənlərdən bir çoxuna da şamil etmək olar) öz zəkası, fitri istedadı, elmin bir çox sahəsini dərindən bilən alimlər, din xadimləri arasında yerlə-göy qədər fərq var. Belə şəxslər bir zaman hər çətinliyə mətanətlə dözmüş, xalqının maariflənməsi üçün dövrünün ziyalıları ilə yorulmadan birgə çalışmışlar. Həmin şəxslərdən biri də sağlığında xalqının dərin hörmət və rəğbətini qazanmış, Şərq ölkələrində dini təhsil almış və Bakı qazisi kimi yüksək mənsəb sahibi olmuş Axund Mir Məhəmməd Kərim ağa Cəfərzadədir.
Axund Mir Məhəmməd Kərim ağa Içərişəhərdə yaşayan tanınmış seyid, Bakının hörmətli şəxslərindən sayılan Ağa Seyid Məhəmmədin nəvəsidir. Mir Məhəmməd Kərim ağa həmçinin qəbri insanların inam və ziyarət yeri olan Mir Mövsüm ağanın xalasının həyat yoldaşıdır.
***
Hələ XIX əsrin əvvəllərində Sisianov Bakı xanı Hüseynqulu xanla şəhəri təslim etmək barədə danışığa gəlib şəhərin açarların təhvil alarkən xanın əmisi oğlu Ibrahim bəy güllə ilə Sisianovu vurur və gecə başını kəsib Təbrizə aparır. Hüseynqulu xan isə Bakının açarlarını şəhərin açardarı (klyuçniki) hamının iman gətirdiyi Ağa Seyid Məhəmmədə verib ailəsi ilə birlikdə qaçır. Ruslar açarların harada olmağından duyuq düşsə də, heç bir şeyə nail ola bilmir. Bu “özbaşınalığa” dözməyən rus əsgərləri şəhərin hörmətli şəxsi olan axunda divan tutmaq üçün ona 100 çubuq vururlar. Axund 87 çubuqdan sonra dünyasını dəyişir. Bu məkrli niyyətlərindən doymayan ruslar hayıfı onun 12 yaşlı çəlimsiz oğlu Mir Cəfərdən almaq istəyirlər, lakin camaat uşağı gizlədir.
Illər keçir, Mir Cəfər həddi-buluğa çatır… Artıq o da atası kimi biliklərə dərindən yiyələndiyinə görə Bakıda ad-san qazanaraq tezliklə dini rəhbərlərdən seçilir. O, nəhayət, Bakının axundu olur. Bir qədər sonra Mir Cəfər özü kimi bir din xadiminin qızı ilə evlənir və ondan 7 qızı olsa da, lakin gələcəkdə ata ocağının çırağını yandıran varis görməyən axund qohum-əqrabanın təkidi ilə yenidən evlənməyə məcbur olur. Lakin yeni izdivacdan da axund illərlə gözlədiyi arzusuna yetmir və bu qadın da ona üç qız “hədiyyə” edir. Lakin həyatın özünün də qəribə, həm də yazılmamış qanunları var. Allahtəalanın hökmü ilə Mir Cəfərin əvvəlki zövcəsinin boynuna uşaq düşür. Ana uşağının yenə də qız olacağından ehtiyat edib, onu tələf etmək üçün çoxlu ciddi-cəhd etsə də, bir nəticə vermir və axundun bir oğlu dünyaya gəlir.
Oğlanın dünyaya gəlişi nəinki ailənin, bütün Bakı əhlinin sevincinə səbəb olur. Həmin uşaq sonralar “Qafqaz müsəlmanlarının atası” sayılan, müqəddəs “Qurani-Kərim”i ilk dəfə Azərbaycan dilinə çevirən, Ilk dəfə bu müqəddəs kitabın təfsirini (izahı) yazan, xalqın maariflənməsində, Bakıda qızlar məktəbinin açılmasında misilsiz xidmətləri olan məşhur din xadimi Mir Məhəmməd Kərim ağa Cəfərzadə idi. Mir Məhəmməd Kərim ağa Cəfərzadə müsəlmanların müqəddəs kitabı olan Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edəndən sonra din xadimləri arasında ona qarşı hücumlar səngimirdi. Bu da təbii idi. O dövürdə mollalar istəmirdi ki, camaat “Qurani-Kərim”i dərindən mənimsəsinlər. Çünki Qurandan xəbəri olmayanları aldatmaq, bu müqəddəs kitabı istədikləri kimi şərh vermək bəzi mollalara sərfəli idi. Quran tərcümə edilərsə o zaman xalq onu öz ana dilində oxuyub maariflənər, nəticədə fırıldaqçı mollaların saxta sözlərinə inanmazlar. O, həmçinin müqəddəs kitabımızın üç cildlik təfsirini (izahı) yazır və Quranla birgə mesenat Hacı Zeynalabdin Tağıyevin köməkliyi ilə 1904-cü ildə “Kaspi” qəzetinin Bəxariyə mətbəəsində çap etdirir. Onun bu zəhməti müqabilində Hacı kitabların ağırlığında Mir Məhəmməd ağaya qızıl da bağışlayır.
***
Mir Məhəmməd Kərim ağanın doğum tarixi mübahisəli olub. Onun haqqında yazan müəlliflər axundun 1853-cü ildə anadan olduğunu yazırlar. Lakin bizə elə gəlirdi ki, Mir Məhəmməd Kərim ağanın doğum tarixi haqqında ən müfəssəl məlumat S.Mümtaz adına Azərbaycan Dövlət Ədəbiyyat və Incəsənət arxivində saxlanılan, axundun oğlu Böyükağa - əsl adı Mir Cəfərin 1976-cı ilin may ayının 21-də yazdığı qeyddir.
O yazır: “Atam, Mir Məhəmməd Kərim Cəfərzadə 1855-ci ilin iyun ayında anadan olmuşdur. Bu şeir atam Mir Məhəmməd Kərim Cəfərzadənindir.
“Yetmiş səkkiz sinə vardım, daima leylü-nəhar,
Bu cahan əsrarının həllində oldum paydar:
Qibət məlumum oldu, ey həkimani - cahan,
Bu cahan əsrarının həllində yoxmuş iqtidar”.
Göründüyü kimi, şair bu misraları 78 yaşında yazmışdır. Axundun oğlu qeyd edir ki, bu şeri atası 1933-cü ilin sentyabrında qələmə alıb (Mir Cəfər ağa səhv edirdi. Cünki dəqiq məlumdur ki, Mir Məhəmməd Kərim ağa 85 yaşında güllələnib. O zaman şeirin 1933-cü ildə yox, 1931-ci ildə yazıldığı müəyyənləşir - A.K.). Əgər axundun oğlunun sözünə inansaq, belə nəticəyə gəlmək olar ki, 78 yaşında yazılan bu şeirin müəllifi axund Mir Məhəmməd Kərim Cəfərzadə 1853-cü ildə yox, 1855-ci ildə doğulub. Lakin Mərkəzi Dövlət Tarix Arxivi alimin doğum tarixi haqqında verdiyi arayışda Mir Məhəmməd Kərim ağanın 1853-cü ildə anadan olduğu göstərilir. Bu arayışı daha dəqiq hesab etmək olar. Çünki XX əsrin əvvəllərinə qədər doğum, ölüm, kəbin haqqında qeydlər həmən şəxsin yaşadığı evin yaxınlığındakı məscidlərdə aparılırdı. Müasir dövürdə də bu üsuldan istifadə edərək hər bir şəxsin doğum, ölüm tarixləri onların yaşadığı rayonda yerləşən VVAQ-da qeyd edilir…
O, ilk təhsilini yaşıdları kimi, doğulduğu Bakı şəhərindəki mədrəsədə almışdı. Lakin onlardan fərqli olaraq Mir Məhəmməd Kərim ağa öz istedadı və bacarığı ilə seçilirdi. O, öz üzərində yorulmadan çalışmaqla daha yüksək biliklər qazanmaq üçün elmin müxtəlif sahələrinə müraciət edirdi. Fitri istedadını görən ata təhsilini davam etdirmək üçün oğlunu Iraqın Bağdad şəhərinə göndərir. Mir Məhəmməd Kərim ağa burada on il tam təhsil aldıqdan sonra vətəninə qayıdır.
***
Ilk öncə Içərişəhərdəki “Şah məscidi”ndə axund, sonra isə yüksək bilik və bacarığına görə Bakı quberniyasının qazisi təyin edilir. Bu ərəfədə axund şəhərin ictimai-mədəni həyatında, xalqının maariflənməsində fəal iştirak edirdi. Bəzi qaragüruh ruhanilər qızlara təhsil vermək təklifindən qəzəblənərək avam camaatı ayağa qaldırır və bəzən onları “cihad”a çağırmaqdan belə çəkinmirdilər. Lakin qız məktəbini açmaq təklifini bəyənmiş H.Z.Tağıyev taktiki gediş edir. Onların bəhanələrini kəsmək, ağızlarını yummaq üçün şəhərin maarifpərvər axundlarından bir neçəsini öz vəsaiti hesabına islamın müqəddəs sayılan yerlərinə - Məkkəyə, Kərbəlaya, Xorasana, Məşhədə və s. yerlərə göndərir və tapşırır ki, orada olan mötəbər, rəsmi din xadimlərindən sənədlər alsınlar ki, müsəlman qızları şəriət məktəblərində təhsil ala bilər və burada heç bir qəbahət görmürlər. Bununla da axund Mir Məhəmməd Kərim ağa və başqa sağlam fikirli ruhanilər qaragüruhçuların təqiblərindən xilas olurlar.
Bundan əlavə, Mir Məhəmməd Kərim ağa ədəbi fəaliyyətlə də məşğul olur. O, şərq dillərindən - əsasən ərəb dilindən bir sıra əsərləri Azərbaycan dilinə tərcümə edir.
***
Böyük ərəb yazıçısı, alimi Cürci Zeydanın Islam tarixinə aid on yeddi romanından beşini Azərbaycan dilinə çevirir. Bunlardan “Əzrayi-Qüreyş”, “Kərbəla yanğısı”, “Osmanlı inqilabı”, “Islamın mədəniyyət tarixi”, “On yeddi Ramazan” tarixi romanlarını göstərmək olar.
Axund Şam və Fələstində müsəlmanlarla xristianlar arasında gedən ikiyüzillik (490-690) müharibəni təsvir edən “Səlib müharibəsi” romanını yazır və 1913-cü ildə nəşr etdirir…
“Üçlüy”ün nəzarəti altında gedən repressiyanın qurbanları siyahısında nəinki ziyalılar, əksinqilabçılar, inqilabdan əvvəl müxtəlif partiya üzvləri, fəhlələr, kəndlilər, hətta dini xadimlər də var idi. Həmin din xadimlərindən biri də ictimai həyatımızda əvəzsiz xidmətləri olan axund Mir Məhəmməd Kərim Cəfərzadə də var idi.
Qala-Maştağa rayonu antisovet elementlərin (ASE) fəallarının siyahısının çıxarışından:
Mir Məhəmməd Kərim Mir Cəfər oğlu - 70 yaşında, keçmişdə Qazi, səsdən məhrum edilmiş, məşğuliyyəti müəyyən edilməmiş, Mərdəkan kəndindən, mühakimə olunmamış.
Keçmiş Zaqafqaziya “Qazi”si, gizli şəkildə dinin təbliği ilə məşğuldur, çadranın atılmasına qarşı təbliğat aparır və qadınların ictimai işlərdə iştirakının əleyhinədir.
Azərbaycan SSR Xalq Daxili Işlər Komissarının müavini, təhlükəsizlik mayoru: Borşev əsli ilə düzdür: XDIK-nın rayon şöbəsinin rəisi Ziyalov
13 fevral 1938-ci ildə tərtib olunmuş “Axtarış protokolu”nda göstərilir ki, M.K.Cəfərzadənin evində axtarış aparılan zaman C/V 183877 saylı pasport və müxtəlif antisovet quranlar aşkar edilib (Qəribədir “Qurani-Kərim”in məgər antisoveti də olur? - A.K.).
14 fevral 1938-ci ildə Ziyalovun imzası ilə Mir Məhəmməd Kərim Mir Cəfər oğlu Cəfərzadənin həbsi üçün həmən gün order yazılır. Həmən gün də XDIK-nin Maştağa rayon şöbəsi tərəfindən həbs edilir

لینک
دوشنبه ۱٧ فروردین ،۱۳۸۸ - şakir

       

 

Din xadimlərimiz

 

Mir Məhəmməd Kərim ağa

Həbs olunanın anketindən

1872-ci il təvəllüdlü Mircəfərov Mir Məhəmməd Kərim Mir Cəfər oğlu Əzizbəyov rayonunun Mərdəkan kəndində anadan olub. Ruhani ailəsindəndir. Inqilabdan əvvəl Bakının “Qazi”si olub, təhsili alidir.
Həyat yoldaşı: Ümbülbani 71 yaş
Oğlu: Sabir 15 yaş
24.02.1938-ci il.
Qeyd edək ki, Mirməhəmməd Kərim ağanın bir tatar arvadı da olubmuş. Məhz həmən Sabir də onun qardaşıdır. Bir sözlə, Sabirin bu ailə ilə heç bir qohumluğu yoxdur.

Yuxarıda qeyd etdiyimiz Böyükağa Mir Cəfərin ikinci adıdır. O, Mir Məhəmməd Kərim ağanın yeganə oğludur. Bundan əlavə onun Seyyidə xanım - ona Təzə xanım da deyirdilər, Əzizə xanım, Əliyyə xanım adlı üç qızı da olmuşdur…
M.K.Cəfərzadə Maştağa rayonunda olan IHK-da (KPZ - ilkin həbsxana kamerası - A.K.) saxlanılır.
Qeyd edək ki, M.K.Cəfərzadənin adına doldurulmuş anketdə qəsdən müttəhimin yaşını nə az, nə azacıq, düz 19 il cavanlaşdırıblar. Bu da təbii idi. Çünki heç bir dövlətdə 85 yaşlı adamı günahı olmadan nəinki güllələmək, heç həbsə salmırdılar. Lakin vəhşiləşmiş bolşevizm, imperiya qullarının bu alçaqlığına haqq qazandırırdı.
Mərdəkanda, hətta Bakıda böyük nüfuz sahibi olan M.K.Cəfərzadə yaşadığı müddət ərzində xalqın savadlanması ilə yanaşı xeyriyyə tədbirlərində xidmətlər göstərmişdir. Bu baxımdan Mərdəkan kəndini də xüsusi diqqət mərkəzində saxlayar, onlara qayğısını əsirgəməzdi.
Lakin qeyd etmək lazımdır ki, böyük alim həbs olunan zaman Mərdəkan kənd sovet sədrinin ona verdiyi xasiyyətnamə ilə tanış olanda insanda istər-istəməz təəssüf hissi doğurur:
“Qazi Mir Məhəmməd Kərim Mir Cəfər oğlu 1929-cu ildən Mərdəkan kəndində yaşayır. Həmən vaxtdan indiyə qədər daima kənd təsərrüfatı ilə məşğul olmuşdur. Mir Məhəmməd Kərim 1929-cu ildə səsdən məhrum ediləndən sonra, kənddə mövhumatı canlandıran bir şəxs kimi, qazi kimi dini-mövhumat ilə çalışaraq camaatı bu yola çəkməkdən başqa bir işi olmamışdır. Digər tərəfdən sənəti qazilik olduğundan mövhumatı yaymaqla dolanmışdır.
M.K.Cəfərzadə hazırda repressiyaya uğramış, əksinqilabi fəaliyyət göstərən antisovet elementli olan Qasım Nağıyev, Rəhman Əliyev, Qədim Aslanov və başqaları ilə dini təbliğat aparıb”.
Dindirilmə protokolundan
Mir Məhəmməd Kərim Cəfərzadənin istintaq protokolunu nəzərdən keçirəndə növbəti saxtakarlıqla rastlaşmalı oldum. Məlum olur ki, ilk istintaq ifadəsi 13 fevral 1938-ci ildə keçirilib. Həmin tarixdə də “axtarış protokolu” yazılıb. 14 fevral 1938-ci ildə isə alimin həbsi üçün order yazılır. Sənədlərdən aydın olur ki, həbsindən bir gün öncə ondan ilkin həbsxana kamerasında (IHK) istintaq ifadəsi alınıb.
Əgər həbsi üçün order fevral ayının 14-də yazılıbsa, fevral ayının 13-də istintaq dindirilməsi, “axtarış protokolu” hazırlanması nə qədər düzdür?
Alimin haqqında tərtib olunan protokoldan məlum olur ki, 1904-1918-ci illərdə “Qazi” ali dini rütbə alan M.K.Cəfərzadə yüksək mənsəb sahibi olmuş, Bakı quberniyasında məclis sədri vəzifəsini daşımışdır.
27 iyun 1959-cu ildə Mərkəzi Dövlət Tarix Arxivi tərəfindən “məxfi” yazılmış “Arxiv arayışı”na əsasən qeyd olunub ki, “Zaqafqaziya Şiələr Ruhani idarəsinin protokoluna əsasən axund Mir Məhəmməd Kərim Hacı Mir Cəfər oğlu Cəfərzadə 1907-1916-cı illərdə Məclis sədri olub.
20 oktyabr 1956-cı ildə DTK-a tərəfindən M.K.Cəfərzadənin oğlu Mir Cəfər Cəfərzadəyə şifahi şəkildə deyilib ki, atası 14 oktyabr 1940-cı ildə beyninə qan sızması nəticəsində dünyasını dəyişib.
Müstəntiqin Müsavat hakimiyyəti dövründə hansı vəzifə daşıdığı sualını cavablandıran alim Müsavat hökuməti zamanında bütün vəzifələrdən istefa verməklə bərabər “Qazi”likdən də imtina etdiyini bildirir. Həmçinin onun qeyd etdiyinə görə, Sovetlər hakimiyyətə gələndən sonra ruhani olduğu üçün onu səsdən məhrum ediblər.
M.K.Cəfərzadə ikinci istintaq ifadəsini 17 fevral 1938-ci ildə verir. Bu istintaq ifadəsində də alim günahı olmadığını bir daha bildirir. M.K.Cəfərzadə onun haqqında ifadə verən repressiyaya məruz qalmış Aşur Əlizadə, Cavad Əlioğlu, Nəcəf Əlican oğlu Quliyev, Əli Balaxanovla razılaşmadığını, ona şər atıldığını müstəntiqin nəzərinə çatdırır.
M.K.Cəfərzadəni Allaha inanmaqda, onu hər şeydən üstün tutmaqda, qadınların kişilərlə bərabər olmamaqda, həmçinin səsvermədə iştirak etməmək üçün təbliğat aparmaqda günahlandırırdılar. Maraqlıdır ki, 13 fevral 1938-ci ildə, həm M.K.Cəfərzadənin dindirilməsi, həm müttəhimə “Axtarış protokolu” tərtib edilməsi, həm də onun haqqında ifadə verilməsi nədənsə eyni günə salınmışdı.
Alim həbs olunduqdan sonra onun saxlandığı yer haqqında 14.02.1938-ci il tarixdə yazılmış arayışda qeyd edilir ki, M.K.Cəfərzadənin saxlandığı yer: Bakı həbsxana düşərgəsi.
23 fevral 1938-ci ildə XDIK-in Maştağa rayon şöbəsinin rəisi, təhlükəsizlik leytenantı Yaroşeviçin yazdığı ittihamnamədə göstərilir:
“1872-ci ildə anadan olmuş, Əzizbəyov rayon Mərdəkan kənd sakini, ali ruhani şəxs, ”Qazi”, Azərbaycan SSR vətəndaşı, həbs olunmamış, ərəb dili mütəxəssisi, kənd təsərrüfatı ilə məşğul olan, səsdən məhrum edilmiş Mir Məhəmməd Kərim Mir Cəfər oğlu Cəfərzadə haqqında:
Nəzərinizə çatdırım ki, keçmişdə Bakı quberniyasının “Qazi”si olmuş, hal-hazırda ifşa edilmiş və cəzalandırılmış M.K.Cəfərzadə xalq düşmənləri Qasım Nağıyev, Rəhman Əliyev, Qədim Aslanov və başqa antisovet ünsürlər öz dini fikirləri ilə xalq arasında təbliğat aparmışdır. O, öz antisovet təbliğatı, yalan fikirləri ilə kəndliləri seçkidə iştirak etməməyə, qadınları ictimai-siyasi işlərdə iştirak etməyə çağırırdı. Bunların şəriətə uyğun olmadığını, kişilərin qadınlarla eyni bərabər hüquqa malik olmadığını qeyd edirdi”.
Bu ittihamnaməni tərtib edən nəinki “Qurani-Kərim”dən xəbərsiz, hətta çox savadsız adam imiş.
Müqəddəs kitabımızı hamının başa düşüldiyi dilə - Azərbaycan dilinə tərcüməyə təşəbbüs edən və dilimizə çevirənin ünvanına belə haqsız ittihamlar demək nə qədər düzdür. Axı Mir Məhəmməd Kərim ağanın müqəddəs kitabımızı dilimizə çevirməkdə məqsədi də o idi ki, Quranı öz dilimizdə oxusalar dinimizi daha kamil bilərlər, fırıldaqçı mollalar onları aldada bilməzlər. Quranı dilimizə çevrilməsinə bəzi saxtakar, fırıldaqçı dindarlar mane olmağa çalışsalar da, lakin M.K.Cəfərzadə inadından dönməmiş, qarşısına qoyduğu məqsədi sona çatdırmağa müvəffəq olmuşdu. Bir də ilk dəfə məhz bu müqəddəs kitabda qadın azadlığı və qadın bərabərliyindən söz açılır.
Belə iftiralar, haqsız ittihamların nəticəsi idi ki, “Üçlüy”ün 02.03.1938-ci il tarixli iclasına katiblik edən Savçenkonun imzası ilə 1872-ci il təvəllüdlü Mir Məhəmməd Kərim Mir Cəfər oğlu Cəfərzadənin 15030 saylı işinə baxılmış və əmlakı müsadirə olunmaqla ona güllələnmə hökmü çıxarılır. Hökm isə 1938-ci ilin mart ayının 15-dən 16-na keçən gecə həyata keçirilir.
1956-cı il 31 avqust tarixdə M.K.Cəfərzadənin oğlu Mircəfər Mir Məhəmməd Kərim oğlu Cəfərzadə SSRI-nin Baş prokuroru Rudenkoya ərizə ilə müraciət edir. Ərizədə göstərilir ki, hələ 8-9 yaşlarında olanda yadında idi ki, bibisi oğlu onlara gələr, odun saxlanan yerdə olan zirzəmidə yatar, yuxarıda olan evə qalxmazdı. Onun evə qalxmamağının səbəbini soruşduqda anası deyərmiş ki, bibisi oğlu atasi ilə küsülü olduğu üçün evə gəlmirmiş. Bir müddət sonra yay aylarında Mərdəkana köçəndə bibisi oğlu ora gəlir. Burada onlar bir yerdə söhbət edər, bir-birləri ilə zarafatlaşmaqdan yorulmurdular.
Sonralar M.K.Cəfərzadənin köməkliyi sayəsində bibisi oğlu oxuyub, ali təhsil alır. Bu, məşhur bolşevik Mirzə Davud Bağır oğlu Hüseynov idi. O, M.K.Cəfərzadənin zirzəmisində gizlənər və gizli iş aparırdı. O, Sovet Azərbaycanı illərində Inqilab Komitəsinin sədr müavini, Maliyyə və xarici işlər komissarı və bir çox məsul vəzifələrdə çalışmışdır. M.D.Hüseynov repressiya dövründə Quranı Azərbaycan dilinə tərcümə etdiyinə görə, “Qazi” olduğu üçün M.K.Cəfərzadəni ömrünün qürub çağında həbs etdirir. Mir Məhəmməd Kərim ağanın ölümündən beş gün sonra isə M.D.Hüseynovun özünü güllələyirlər…
Illər keçəndən sonra 1930-cu ildə Mərdəkanda olan bağları böyük olduğundan əllərindən alıb qocaman bolşeviklər cəmiyyətinə, hərbi dəniz donanmasına, aviasiya istirahət ocaqlarına verirlər. 1930-cu ildə evlərini alıb, mənzil komunal idarəsinə bağışlayırlar.
1938-ci ilin fevral ayının 12-də 83 yaşlı(?) atası M.K.Cəfərzadəni Mərdəkandan götürüb, Maştağa rayon mərkəzinə aparırlar.
M.K.Cəfərzadə dövrünün məşhur elm adamı, yazıçı, tərcüməçi, din xadimi olmuşdur. O, 1855-ci(?) ildə Bakıda ruhani ailəsində anadan olub. O, Tehranda təhsil aldıqdan sonra 29 yaşında Bakıya qayıtmış və buradakı məsciddə mollalıq etmişdi. O məsciddə yeni doğulmuş uşaqların, ölmüş insanların tarixini yazmaqla məşğul olub. Sonralar Bakıda və onun ətrafında dərin bilikli bir ruhani kimi tanınır. Ona görə də bütün Bakı quberniyasının “Qazi”si seçilir. O, ilk dəfə Quranı ərəb dilindən Azərbaycan dilinə tərcümə edir. O, bütün müsəlman qanunlarına zidd gedərək öz qızlarını məktəbə göndərdiyi üçün evlərinə od vururlar.
Bakının ictimai həyatında, xeyriyyə tədbirlərində əvəzsiz xidmətlər göstərmiş, H.Z.Tağıyevin sədr olduğu “Hicat” məclisinin yaradılmasında iştirak edən, böyük alim, yazıçı, tərcüməçi, Bakı quberniyasının axundu Mir Məhəmməd Kərim Cəfərzadə ölümündən 22 il sonra, 15 iyul 1960-cı ildə bəraət alır.
Aslan Kənan

لینک
دوشنبه ۱٧ فروردین ،۱۳۸۸ - şakir

       

 

                  

Ancq vahid vtəndir Gəncə Təbriz Tehranim

Ayri  qalmaz İran-dan mənim Şimal İranim

 

Şimali İranim hey…əsarətdən çixacaq

Gəncə şəhidlər yudu…yatmaz. Oyaqdir oyaq

 

Yeni nəsil oyanir …Husen..Husen çağirir

Şiə-nin balari SahibZaman  çağirir…..   

 

         

لینک
سه‌شنبه ۸ بهمن ،۱۳۸٧ - şakir

       

 

Hər dəfə məhərrəm-səfər əyyamı yaxınlaşdıqca, insanların leksikonunda müəyyən ifadələr digər dönəmlərə nisbətən daha çox işlənir. Bunların arasında xüsusi yeri mübarək «şəhid» ifadəsi tutur. 20 yanvar və Qarabağ yaraları sızlayan xalqımıza müqəddəs «şəhid» sözünü xüsusi açıqlamağa bəlkə də ehtiyac olmazdı. Amma ara-sıra bu mübarək kəlmənin ətrafında yer alan müəyyən spekulyasiyaların mövcudluğunu və bu prosesin məhz məhərrəmlik dönəmində intensivləşməsini nəzərə alaraq, bu anlayışın mahiyyətinə varmaq zərurəti meydana gəlir.

Bu spekulyasiyaların ana xətti, şəhidə matəm saxlamağın zərurətini inkar etməkdən və şəhidi yad etməyin ən düzgün formasının şadyanalıq edib, şənlik keçirməkdən ibarət olmasını iddia etməkdən ibarətdir. Belə düşüncə sahibləri öz mövqelərini əsaslandırmaq üçün fikirlərini adətən belə təqdim edirlər: «İmam Hüseyn (ə) və silahdaşları zülm və küfrlə mübarizədə ən qiymətli olan həyatlarını qurban vermiş və şəhidlik zirvəsinə ucalmışlar. Uca Tanrı da şəhidlərin yerini behiştin ən yüksək mərtəbəsində qərarlaşdırmışdır. Deməli, Kərbəla qəhrəmanları insanı gözləyə biləcək ən xoş aqibətlə rastlaşmışlar. Belə olan halda isə, onlara yas saxlamaq nə qədər düzgündür? Daha düzgün deyilmi şəhid olmuş insanın aqibətinin xoş olmasının nəzəri ilə onu bayram əhvali-ruhiyyəsində yad etmək?! İmam Hüseyn (ə) ki, şəhidlərin sərvəridir, bəşəriyyətin xilaskarıdır, deməli onun şəhadəti xüsusi əzm və təmtəraqla qeyd edilməlidir!».

Heyhat! Səthi yanaşmada necə də məntiqi və ardıcıl görünə bilən, amma əslində Kərbəla vaqeəsinin mahiyyətinə zərbə endirmək, Aşura məktəbinin düz ürəyinə tuşlanmış zəhərli oxları atmaq niyyətindən qaynaqlanan bir mövqe! Və əgər bir sıra insanlar belə mövqeni az məlumatlılıq və təhlilin zəifliyi üzündən səsləndirirlərsə, bu ideyanın əsl generatorlarının niyyəti İmam Hüseyn (ə) və digər Kərbəla qəhrəmanlarının irsini aradan aparmaq istəyindən qaynaqlanır.

Əlamətdar məqam odur ki, şəhidi «şadlıqla yad etməyin tərəfdarları» öz mövqelərini əsaslandıraraq, aşkar indoktrinasiyadan da çəkinmirlər: «Ağlayan toplum aciz olar, şadlanan toplum isə qüdrətli. Məhz ağlamaq insanı müqavimətdən, döyüş əhval-ruhiyyəsindən çəkindirər və s.».

Yenə də zahirən doğruyabənzər səslənən fikir. Və məlumatsız insana çox cazibədar və məntiqli görünə bilər. Odur ki, məsələnin kökünə varmadan, bu qərəzli və bilərəkdən çaşdırmağa yönəli ideyaları aradan aparmaq qəliz və mürəkkəb bir iş olardı.

Əvvəla, ən düzgünü o olardı ki, «şəhid» fenomeninin qnoseologiyasına varıb, onun meydana gəlmə amillərini təhlil edərək, həqiqi mahiyyətini aşkar etmək və o cümlədən, bu məfhumla bağlı atributların hansı müstəvidə qərarlaşdığını müəyyən etmək. Məlumdur ki, mübarək «şəhid» ifadəsi əziz dinimizdən qaynaqlanan nurani bir fenomendir. Bunu nəzərə alaraq, məntiqi və elmi yanaşma onu tələb edir ki, məhz İslam dininin bu məfhumla bağlı tərif və tövsiyələri rəhbər tutulsun.

Mübarək İslam məntiqində şəhid o insandır ki, İlahi dəyərlərin yaşanması və şər qüvvələrin aradan getməsi üçün əlindən gələni edir və bu yolda malik olduğu ən qiymətlisini – öz həyatını qurban verir. Məhz bu kateqoriyalara cavab verən insan müqəddəs şəhidlik zirvəsinə yüksəlir. Mübarək dinimiz Vətən uğrunda, həqiqət uğrunda, insanları xilas etmək uğrunda, bir körpəni xilas etmək yolunda həlak olmuş, hətta ailəsinə halal ruzi qazanaraq həlak olmuş insanı da bu mənəvi mərtəbəyədək yüksəldir.

İndi keçək şəhidlərin anılması ədəblərinə. Burada əziz İslam Peyğəmbərinin (s) bu məsələyə münasibətinin öyrənilməsi ən mühüm şərtdir. Heç bir normal adam inkar etməz ki, məhz şəhidlik məfhumunu meydana gətirən bir təlimin çatdıranı olan bir mübarək şəxs, bu fenomenlə davranmağın ən düzgün yolunu göstərər.

Məlumdur ki, «Ühüd» döyüşündə İslam tarixinin məşhur və tanınmış şəhidləri olmuşlar. Bu ağır və qeyri-bərabər döyüşdə İslamın böyük simaları sonadək vuruşmuş və müşrik ordusunun İslam cameəsinin ilk cücərtilərini məhv etməsinə imkan verməmişlər. Ühüddə şəhid olanların arasında əziz Peyğəmbərimizin əmisi, İslamın böyük sərkərdəsi Həzrət Həmzə (ə) də var idi. Döyüşdən sonra şəhid ailələri öz əzizlərinə matəm saxlayırdı. Həzrət Həmzənin (ə) isə övladları olmadığından, Həzrət Peyğəmbər (s) müsəlmanlara müraciət edərək, bu şəhidin də evinə gedib, onun üçün matəm saxlamağı, göz yaşı axıtmağı tövsiyə etmişdi.

Gördüyümüz kimi, Peyğəmbərimiz (s) nəinki şəhid verən ailələrdə qurulan yas mərasimlərini pisləməmiş, hətta yas saxlayanı olmayan şəhid üçün də toplaşıb matəm saxlamağı tövsiyə etmişdi.

Məlumdur ki, mübarək dinimizin bütün buyuruşları insanı kamilliyə yönəltmək vəzifəsinə köklənib. Dinimiz bir müsəlmanın dünyadan getdiyi zaman, onun yaxınlarının ifrat vay-şivən etməsini bəyənmir və hətta, üz-gözü cırmaqlamaq kimi əməlləri qadağan da edir, haram buyurur. Amma təbii ki, dünyadan köçmüş əzizləri üçün yas saxlamağı dinimiz nəinki qadağan etmir, onun xatirəsinə gözəl işlər görməyi, ehtiyaclı insanlara yardım, ehsan, sədəqə vermək kimi əməlləri çox bəyənir. Bir çox digər məsələlərdə olduğu kimi, mübarək dinimiz burada da təbii davranışa yol açır. İtkinin ağırlığı müqabilində insan hansı əqlani və məntiqi davranışı üstün tutmalıdır? Təbii ki, mərhumu yad etmək, onun ruhunu şad edə bilən gözəl işlər görmək və s.

İndi təsəvvür edək ki, kiminsə sevimli övladı dünyasını dəyişib və bu insan şad-xürrəm bir durumda ziyafət təşkil edir. Yəqin ki, belə olan halda onun yaxınları bu şəxsin səhhəti barədə ciddi narahatlıq keçirər, onun davranışını stressin ağırlığından irəli gələn bir hərəkət kimi qiymətləndirər və «xəstəni» duyuq salmamaq şərtilə həkimə müraciət etmək barədə ciddi düşünərlər.

Amma nədənsə şəhidlər sərvəri İmam Hüseynə (ə) gəldikdə kiminsə belə qəribə davranış tərzini seçməsi barədə ciddi-ciddi danışması rəva bilinir. Əziz insanın itkisindən insanın təbii davranışı matəm əhval-ruhiyyəsi olduğu halda, bəşəriyyətin xilaskarının itkisinə, özü də belə ağrılı, belə faciəvi şəhadətinə necə sevinmək olar? Sözsüz ki, heç kəs səmimi və əqlani durumda belə şeyləri dilinə gətirməz…

Amma bu məsələnin fərdi tərəfidir. Belə ki, Peyğəmbərimiz (s) də daxil olmaqla, Əhli-beyt (ə) təmsilçilərinin şəhadəti, görkəmli insanların itkisi əsas etibarilə bir gün – şəhadət və ya vəfat tarixində qeyd edildiyi halda, İmam Hüseynin (ə) və Kərbəlanın digər qəhrəmanlarının təziyəsini 2 ay – məhərrəm və səfəri aylarını saxlamaq tövsiyə olunur. Burada məsələnin ictimai tərəfi irəli çıxır.

Məsum İmamlarımız (ə) və onların irsini davam etdirən alimlər bu təziyəni məhz bu dönəmdə və müvafiq formada keçirməyi düzgün hesab etmişlər. Belə ki, məhərrəmlik dönəmi Rəsuli-Əkrəm (s) və Əhli-beytinə (ə) ümumi bir təziyə saxlamaq ideyasını yaşatmaqla yanaşı, insanın ruhiyyəsinə təsir baxımından özəl məqsədlər həyata keçirir. İnsan gündəlik qaçhaqaçın dairəsindən qurtulmalı, ilin bir hissəsini özünə qayıdışın güclü konsentrasiyasını keçirməli, matəm və təziyə əhvalından vücudi bəhrələr əldə etməlidir.

Şəhidin matəmini saxlamaq, başqa sözlə, onu xatırlamaq – mütləq onun hansı ideallar uğrunda şəhid olmasını yada salmaqla müşayiət olunur. Məhərrəmliyin də ana xətti budur – İmam Hüseyn (ə) nə üçün yaşadı, necə yaşadı, nə üçün şəhid oldu və necə şəhid oldu kimi suallara cavab axtarmaq və tapılan cavabları həyat yoluna inikas etdirmək…

İmam Hüseyn (ə), Əblfəzl Abbas, Həzrət Əliəkbər, Hürr, Həzrət Əliəsğər, Həbib ibni Məzahir və Kərbəlanın başqa qəhrəmanları üçün tökülən göz yaşları – qəlbi təmizləyən və eyni zamanda, həyatilik zəmisini suvaran bir yaşlardır. Bu göz yaşları insanı rəşadətə, əzmə, dönməzlyə, şücaətə, hər vəziyyətdə azad kişi kimi yaşamağa səsləyir. Bu göz yaşları insanı vücudi cəngavərlik durumuna gətirir. Bu göz yaşları insanı rəhmə, şəfqətə, mərhəmətə, özgə ağrısına qarşı həssaslığa dəvət edir. Bu göz yaşları insanı əyilməzliyə, zülmü qəbul etməməyə, prinsipiallığa çağırır. Məhz belə təbiətli göz yaşları pərakəndə insan qruplarını ümmət halına gətirir…

Şəhidin şəhadət şəraitini yada salmaq məqsədi də məhərrəmlik mərasimlərinin tərkib hissəsidir. Axı məhz toplumun passivliyi, laqeydliyi imkan verir ki, zalım və sitəmkarlar azadxah insanları hamının gözü önündə şəhid etsin! Və bu mövzunu diqqətində saxlayan insanın, Aşura dərslərini yaşatması zəruridir. O, həyatın bütün mərhələlərində laqeydliyin və vecsizliyin ruhuna vurduğu pası və çürüməni dərk etdiyi kimi, bunun topluma da vurduğu sarsıdıcı zərəri anlayacaqdır.

Aşuranın dərslərini daha yaxşı qavramaq üçün, fikrən o günlərə qayıtmaq lazımdır. İmam Hüseynin (ə) bir neçə ay ərzində davam edən müqavimət hərəkatını tək Aşura gününə aid etmək düzgün deyildir. Aşura – bu hərəkatın zirvəsi, kulminasiya nöqtəsi idi. Aşura günündə, məhərrəm ayının 10-da bütün şərlə bütün xeyir qarşı-qarşıya durmuşdu. Bu qeyri-bərabər savaşda Şər məğlub oldu, Xeyir isə İlahi idealları yaşadaraq, Rəbbinə qovuşdu…

Amma bundan bir neçə ay əvvəl başlanan müqavimət hərəkatı, lənətlik Yezidin İslamı aşkar məhv etməyə yönəli hərəkətlərinin nəticəsində meydana çıxmışdır. İmam Hüseyndən (ə) beyət, yəni hakimiyyətini tanımağı tələb edən lənətlik Yezid, imtina edəcəyi təqdirdə İmamı (ə) ölümlə hədələyirdi. Amma İmam (ə) bu təklifi rədd etdi və ölümdən qorxmadığını bəyan etdi… Və Mədinədən başlayaraq Məkkəyə, oradan da Kufəyə doğru gedən bu qəhrəmanlıq eposunun kökündə məhz axıradək İlahi idealları tapdaq altına verməmək istəyi dururdu.

Nə üçün İmam Hüseynin (ə) cəmi 100-ə yaxın (müxtəlif mənbələrdə 72-dən 100-dək rəqəm göstərilir) məsləkdaşı vardı Aşura günündə? Nə üçün yol boyu ona qoşulmaq isətəyən minlərlə insana «mən hakimiyyət üçün getmirəm, fəqət insanları yaxşılıqlara dəvət etmək və pisliklərdən çəkindirməkdir səfərimin məqsədi. Bu yol – şəhadət yoludur» deyərək, onları qəbul etmədi İmam Hüseyn (ə)? Nə üçün 18 min imza toplamış və İmama (ə) sədaqətə qol qoymuş kufəlilərin səmimi olmadığını bildiyi halda, elçisi Müslüm ibn Aqilin Kufədə şəhadətə yetdiyini bildiyi halda, bütün bunlara baxmayaraq, İmam (ə) yolundan dönmədi və Kufəyə doğru yolunu davam etdirdi? Nə üçün o, həccini ümrə ilə əvəz edib Məkkədən çıxdı? Nə üçün ilk olaraq düşmənin üzərinə sevimli oğlu Əliəkbər ağanı, gözünün işığı olan cəngavər balasını göndərdi, təkbaşına yüzlərlə qaniçənin qarşısına yolladı? Nə üçün 6-aylıq körpəsi Əliəsğərin (ə) itkisi qarşısında, körpə qızlarının əsir düşməsi qarşısında yenə də geri çəkilmədi və beyət təklifini qəbul etmədi? Nə üçün yaralanmış cismindən qan axa-axa namaza durdu və namaz əsnasında Şümür lənətliyin xəncəri onun mübarək boğazına dayandıqda da, aman istəmədi?

Bu sualların bir cavabı var – Allaha bəndəlik. Hər bir hərəkəti, hər bir sözü ilə İmam Hüseyn (ə) bəşəriyyətə bir ölməz qəhrəmanlıq irsi qoydu. Hər bir vəziyyətdə, hər bir halda bəndə zirvəsinə ucalmaq, İlahi təklifini, vəzifəsini yerinə yetirmək irsini. Heç bir zaman nəyisə nəfsinə görə etməmək, yalnız əqli və İlahi məhəbbəti rəhbər tutmaq irsini…

İmamın (ə) şəhadətindən sonra məhz tövbə edib yas tutan Kufə əhli qiyam etdi və Yezid istibdadını tarixin zibilliyinə göndərdi. İmama (ə) matəm saxlayan insanlar idi bütün irin və pasları öz ruhiyyələrindən xaric edib, İNSAN olmaq istəyən, Azad Kişi olmaq istəyən…

Şəhidə ağlamaq… Şəhidə ağlamaq – özünün vücudi problemlərlə dolu durumunu tərk etmək və şəhidlə ruhən bir olmaq baxımından xüsusi əhəmiyyət kəsb edir. Şəhidə ağlamaq - şəhidi qətlə yetirən Allah düşməninin cinayətlərinə yol verməmək əzmində olmaq deməkdir… Şəhidi xatırladıqca insanın, ictimanın fikri şəhidin duyğuları ilə uyğunlaşır. Axı şəhid qəhrəmanlıq edib və şəhidə ağlamaq da onun qəhrəmanlığında iştirak edib, onun ruhu ilə uyğunlaşıb, sevincində şərik olub, onun dalğasında hərəkət etmək deməkdir.

Millətimizin ŞƏHİDİN duyğuları ilə yaşaması – ŞƏHİDİN qoyub getdiyi qəhrəmanlıq və mübarizlik məktəbindən dərs alaraq, itirilmiş torpaqlarımızın, yurd-yuvasından qovulmuş bir milyondan artıq vətəndaşımızın, hələ də əsirlikdə qalan qardaş-bacılarımızın aqibətinə acıyıb düşməndən intiqam almaq istəməsi, müqəddəs torpağı yağı tapdağından təmizləmək istəməsi deməkdir. Və bu duyğuları yaşadan, dostu-düşməni tanıdan – məhz məhərrəmlik əzasıdır, növhə, mərsyə, sinəzarlıq, göz yaşlarıdır…

Sonda onu da qeyd etmək gərəkdir ki, Aşura məktəbini unutdurmağa yönəli amillər bir tərəfdən qərəzdən və ya məlumatsızlıqdan irəli gələn fərdiyyəçilərin çaşdırıcı və məntiqsiz fikirləridirsə, digər tərəfdən din adından möhtəkirlik edən və bu matəmi şəxsi mənfəətinə yönəltmək istəyən ünsürlərin hərəkətidir. Bu sırada, Kərbəla qəhrəmanlarını aciz və məzlum kimi göstərmək istəyən, Aşuranın həqiqi dərslərini anlamayıb, mərhuma ənənəvi yanaşma prizmasını Kərbəla vaqeəsinə də tətbiq etmək istəyən cahil kütlə fenomeni də olmamış deyil. Və millətin aydınları, milləti sevən insanlar həmrəy olaraq bizi millət halına gətirən, və inşəallah mütləq vücudi inkişafa təkan olacaq bu gözəl məktəbi yaşatmağa səy etməli, Kərbəlanın dərslərini insanlara olduğu kimi çatdırmağa çalışmalıdır. Və Uca Allah hamıya bu işdə yar olsun!

İlahi! Bizlərə Aşura məktəbinin nemət bulağından bəhrələnmək tofiqatını qismət et! AMİN!  

لینک
سه‌شنبه ۸ بهمن ،۱۳۸٧ - şakir

   Əmanətə xəyanət edilirmi   

Əmanətə xəyanət edilirmi?!...

 


CAHIL ƏRƏBIN HEKAYƏTI

 
Artıq bir neçə il idi ki, yaxınları bu bədəvi ərəbdən qızının mövcudluğunu gizlədirdilər. O zaman uşaq dünyaya gələndə, bədəvini inandırmışdılar ki, körpə ölü doğulmuşdur. Üstündən 6 il keçmiş, o, təsadüfən həqiqəti bilmişdir. Və rəzil cahiliyyət ənənələrinə sadiq olaraq, o canı canından, qanı qanından olan balasını qız uşağı olması səbəbindən diri-diri torpağa basdırmaq qərarına gəlmişdir. Artıq dördüncü dəfə idi ki, bu bədəvi öz əli ilə balasını torpağa gömürdü. Öncəki üç qızı kimi.
Üstündən çox illər keçəndən sonra bu bədəvi ərəb Həzrət Peyğəmbərin (s) səhabələrindən birinə rast gəldi. Və həqiqət nuru onun qübar bağlamış qəlbini işıqlandırdı. Amma ömrünün axırınadək günahsız balasının: “Ata, məni niyə öldürürsən?! Günahım nədir? Mənə rəhmin gəlsin!” - nalələri Qiyamət təbili kimi onun qulaqlarında hayqıracaqdı.
Bu - islamdan öncəki Ərəbistan üçün sıradan bir tipik hadisə idi. Günahsız balalar islamdan öncəki cahiliyyə zülmətinə xas vəhşi ənənənin qurbanı olurdular. Bu ənənəyə əsasən, ailədə qız uşağı bədbəxtliyin mənbəyi idi. Və bu iblis dəyərləri sistemində öz körpəsini öldürmək şücaət və mətinlik əlaməti hesab olunurdu
.

PAS ƏRIDƏN ŞÖLƏLƏR

Elə təəssürat yaranırdı ki, bu dəhşətli reallığı sındırmağa qadir olan bir qüvvə mövcud deyildir. Amma sanki möcüzə baş verdi - pas bağlamış qəlblər, daşa dönmüş ürəklər, insanlara məhəbbət və gözəllik bəxş edən bir məlhəmin - müqəddəs Islam dininin şölələri altında əriməyə, yumşalmağa, pasdan təmizlənməyə başladı.
14 əsr bundan öncə bəşəriyyət yeni bir eraya daxil oldu. Bəndələrini sonsuz məhəbbət və rəhmətindən xəlq etmiş Mütəal Allah, onlara Ilahi peyğəmbərlərdən sonuncusunu - Həzrət Muhəmmədi (s) Elçi olaraq göndərdi və bəşəriyyətə həqiqi nicatın mübarək yolu təqdim edildi.

YENI ERANIN RƏMZI

Mübarək Islam dininin insanlara verdiyi töhfələrin içərisində bəlkə də ən mübarəki qadına olan ədalətsiz və vəhşi münasibətin aradan aparılması oldu. Yəqin ki, qadının müqəddəratında heç zaman 14 əsr bundan öncəki qədər inqilabi dəyişikliklər olmamışdı. Islam dini dilsiz və müti alət, ev əşyası kimi münasibət göstərilən qadını yaranışın əşrəfinə çevirdi.
Qadın o zaman hər yerdə ikinci, üçüncü dərəcəli adam hesab edilirdi. Və Islam dini buna son qoydu - yeni era, qadına Allahın əmanəti kimi münasibət bəsləmə erasına başlanğıc verildi. Mübarək islamın qədəmləri haraya dəyirdisə, orada qadının istismar və həqarət obyektindən qayğı və mehribanlıq hədəfinə çevrilməsi baş verirdi.
Bu yeni eranın ən parlaq rəmzi - Peyğəmbərimizin (s) gözünün işığı, cisminin parçası, qəlbinin meyvəsi, Xanımlar Xanımı Həzrət Fatimeyi-Zəhra (s.ə.) olmuşdur. Həzrət Fatimə (s.ə.) həqiqi kamilliyin ən mübarək təcəssümüdür. Xanım Zəhra (s.ə.) kamilliyin elə bir mərhələsinə yetişmişdir ki, Həzrət Rəsulullah (s) onun barəsində buyurmuşdur: “Fatimə - mənim bədənimin bir parçasıdır, gözümün işığıdır, qəlbimin meyvəsidir. O şey ki, onu qəzəbləndirir - məni qəzəbləndirir; o şey ki, onu sevindirir - məni sevindirir. O, Əhli-beytdən mənə qovuşacaq ilk şəxsdir”. Günahın, zəlalətin, küfrün mənbəyi hesab edilən bir qadın, islamın gəlişi ilə ani olaraq xeyir və nemət mənbəyinə, Ilahi mərhəmət səbəbinə çevrildi. Çünki dinimiz qız uşağını Ilahi mərhəmət və nemətin vasitəsi qərar vermişdir.

KAMIL QADIN OBRAZI

Allah Təbarəkə və Təalanın bəşəriyyət üçün nazil etdiyi sonuncu təlimdə müəyyən edilən dəyərlər sisteminə əsasən, insanların kamilliyi onların cinsinə, irqinə, millətinə görə deyil, ləyaqət və təqvasına görədir. Mübarək dinimiz insanın kamilliyini, onun fərd olaraq xeyir əməl müstəvisində həyata keçirdiyi vücudi inkişafına əsasən qiymətləndirir.
Və ictimai fəallıq, vətəndaş mövqeyinin nümayiş etdirilməsi kimi anlamlar hələ insanların əksəriyyətinə yad bir məfhum olduğu dövranda, dinimiz qısa bir zaman kəsimində, əvvəl Həzrət Fatimənin (s.ə.), sonra da xanım Zeynəbin (s.ə.) mübarək timsallarında kamil insan, kamil qadın təcəssümünü təqdim etmişdir. Elə bir kamil xanımların ki, zalımlara və zülmə qarşı barışmaz mübarizələri, istibdad saraylarını lərzəyə gətirən, qəsbkarların dincliyinə haram qatan qətiyyətli mövqeləri ilə hətta müasir dünyanın bu gün də gəlib çatdığı vətəndaş mövqeyi anlamını üstələmişlər.
Ən böyük ədalətsizlik ondadır ki, bu gün qadın hüquqlarının istər məişət, istər də ictimai müstəvidə pozulması çox vaxt dinlə pərdələnərək həyata keçirilir. Guya ki, məhz din qadınla belə vicdansız münasibətə rəvac verir.
Dinin bu formada qəbulu ikimüstəvili bir məhsuldur: bir tərəfdən Islama qarşı aparılan məqsədyönlü əks-təbliğatın, digər tərəfdən cahil və qaragüruhçuların dəryalarca dərinliyi olan dini, öz primitiv anlamlarına uyğun “təqdim etmələrinin” sintezidir. Əfsus olsun ki, bir çoxlarında Islamın belə formada qəbulu, dinimiz barədə belə düşünməsi hələ də üstünlük təşkil edir.
Hələ də bir çox yerlərdə qadını əzmək, ona realizə olunmaq imkanı verməmək, Allah tərəfindən qadına əta edilmiş hüquq və azadlıqları pozmaq meyli çox güclüdür. Bu günün özündə də, Islamda qadının həqiqi rolu və yeri barədə cəmiyyətə dürüst məlumat verilmir, qadının bəzi hallarda kişidən də üstün olan hüquqları dəyərsizləşdirilir. Xanım Fatimeyi-Zəhradan (s.ə.) nəql edilən mübarək hədisdə qadının məqamına işarə olaraq, bildirilir: “Ananın xidmətində durunuz, çünki behişt anaların ayaqlarının altındadır”.

QADINA MÜNASIBƏTLƏ TANINAR KIŞI?

Müsbət dəyişikliklər üçün ictimai həyatda çalışan qadın, eyni zamanda, başqa məsuliyyət də daşıyır - ailənin əsası olmaq kimi bir vəzifəni. Əri üçün - həyat yoldaşı, uşaqlar üçün - sevən ana, bütövlükdə ailə üçün - harmoniyanın daşıyıcısı olmaq kimi mübarək bir missiyanı daşıyır qadın! Və Həzrət Fatimeyi-Zəhranın (s.ə.) bəşəriyyətə xitabən söylədiyi mübarək tövsiyə bu gün necə də aktual səslənir: “Sizlərdən ən fəzilətlisi o kəsdir ki, insanlarla ünsiyyətdə daha yumşaq və daha mehribandır. Və ən qiymətliniz o kəsdir ki, xanımına qarşı mehriban və güzəştlidir”.
Əziz Islam Peyğəmbəri (s): “Bəndənin imanı artdıqca, onun qadına olan sevgisi də artar
”.
Imam Sadiq (ə): “Qadına sevgi peyğəmbərlərin əxlaqındandır”.
Islam Peyğəmbəri (s): “Iffət qadının zinətidir”.
Həzrəti Əli (ə): “Gözəlliyin zəkatı iffətdir”.

Bu bayram üçün dəyərli xanımların özlərinə sovqat olaraq bu mübarək kəlamların nurani mahiyyətinə daim sahib çıxmaqdan dəyərli nə ola bilər? Islam Peyğəmbəri (s): “Sizin ən yaxşı övladlarınız qızlarınızdır”. Islam Peyğəmbəri (s): “Hər kim üç qız, ya üç bacı böyüdə, başa çatdıra - behişt ona vacib olar”.
Qız övladının intizarında olmaq və qız övladlarımızın nə böyük nemət olmasının fərqinə varılması üçün nə gözəl bilgi...
Islam Peygəmbəri (s): “Sizlərin ən yaxşısı o kəslərdir ki, zövcələri və qızlarına qarşı gözəl rəftara malik olalar”.
Imam Sadiq (ə): “Əgər kişi xanımına əziyyət versə, Allah Təala onun namazını qəbul etməz və əməllərin savabını nəsibi etməz və xanımına verdiyi əziyyətə görə cəhənnəmə ilk daxil olan kəs olar”.
Islam Peyğəmbəri (s): “Sizlərin ən yaxşısı o kəslərdir ki, ailəsi ilə gözəl əxlaqa malik olsun. Mən sizlərdən öz ailəmlə rəftarda ən yaxşısıyam. Yalnız o insanlar alicanabdırlar ki, qadınlarla alicanab rəftar edə. Və yalnız alcaq xislətli insanlar qadınlara əziyyət verər və incidərlər”.
Həzrət Əmirəl-möminin Əli (ə) Imam Həsən Müctəbaya (ə) xitabən qadını belə vəsf edir: “Qadın qəhrəman yox, xoş ətirli bir güldür”.
Belə isə Allahın əmanəti olan bu xoşətirli güllə ona layiq olduğu tərzdə rəftar edilməlidir... Deyilmi?!
Allahım! Bizləri cəhalət və qaragüruh bataqlığına qərq olunmaqdan Özün hifz et!
Allahım! Bizləri Həzrət Fatimənin (s.ə.) mübarək yolunu yaşadanlardan qərar ver! AMIN!
Hacı Ilqar Ibrahimoğlu

 

 

لینک
سه‌شنبه ٤ تیر ،۱۳۸٧ - şakir

       

 

 

 

Həqiqi izzət nədir

ــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــــ

 Əhli-beyt (ə) mənbələrində insanın Allah-Təala ilə ünsiyyətinə geniş yer verilmişdir. Bu münacatlar arasında Allahdan nə istəmək, nəyi diləmək mövzusu özünəməxsus məqam tutur. Zira, insana hansı xüsusiyyətlərin xeyir gətirə biləcəyi, onun durumuna hansı cəhətlərin müsbət təsir edəcəyi dinimizin mərkəzi məsələlərindəndir. “Mənə izzət nəsib et” Mübarək dinimizin münacat mədəniyyəti təqdimatında Imam Səccaddan (ə) nəql edilən dualar böyük və gözəl bir nümunə rolunu oynayır. Əslində bu dualarda insanın gündəlik həyatda daima istəməli və üzərində düşünməli məsələlər durur. Bu mübarək dualardan birində Imam Səccad (ə) buyurur: “Allahım! Mənə izzət nəsib et, məni izzətli et!”. Bu məsələdən aydın olur ki, Imam Səccəd (ə) bizlərə Allahdan nə istəməlini öyrədir. Və bu sözdə hər məsələ var, hər mövzu əhatə olunub. Bir sadə səslənən “izzət” sözündə nələr var! Insan diqqətlə buna yanaşsa, Allahdan nə istəyəcəyinin fərqinə varsa, durumu necə də dəyişər! Quran məntiqinə görə, izzətin mənbəyi Allahdadır. Müqəddəs kitabımızda izzətin Allaha, Rəsulullaha (ə) və iman sahibinə məxsusluğu bildirilir. Qurani-Kərimin 63-cü surəsinin 8-ci ayəsində bildirilir: “Halbuki, izzət Allaha, Onun Rəsuluna və möminlərə məxsusdur”. Izzət ilk növbədə Allaha məxsusdur. Yaradılmışlardan isə, Həzrət Peyğəmbər (s) və möminlər ona sahib olarlar. Uca Allah Öz lütfü, inayəti ilə onları izzət sahibi edər. Izzət sözü bir Qurani anlayış olur burada. Elə ali söz olur ki, yalnız Peyğəmbərə (s) və həqiqi iman gətirənlərə aiddir. Bir sözdür ki, Imam Səccad (ə) Allahdan onu istəyir. Bu böyük Qurani anlayışın taleyüklü, vücudi bir mahiyyəti var. Lüğətşünaslar və dilşünavslar belə tərif verirlər: “Izzət bir insani halətdir ki, məğlub olmaqdan qoruyur, məğlub olmaq qarşısında bir maneədir”. Insanın əsarətə düşməsinə bir maneədir izzət.. Izzət “ ruhun o ucalışına, yüksəlişinə, aliliyinə deyilir ki, qoymur insanı nəyinsə məğlubu olsun və onun zillətinə düçar olsun. Məğlub olmamağın yolu Quran bizə deyir ki, izzət Allaha məxsusdur. Allah isə həmişə qalibdir. Heç zaman heç nəyə məğlub ola bilməz Uca Yaradan. Və yaradılmışların içində, insanlar sırasında o kəslər ki, Allaha bağlanarlar, Allah Təalaya qovuşmaları olar “ bunlar da o izzət çeşməsindən bəhrələnənlərdən olarlar. Izzət adlı o mübarək anlam əmələ gələr bu insanlarda. Insan bacarsa o məğlubiyyətdən qurtulsa və azad olsa ” qalibə çevrilər. Izzəti olan qaliblərdəndir. Peyğəmbər (s) və Əhli-beytinə (ə) bənzəyənlərdən olar izzətli insan. Aydın olur ki, izzət o Azad Insana məxsus bir keyfiyyətdir ki, bu keyfiyyət onu heç bir nəfsani isətəklərə və bu kimiyə məğlub olmağa, zəlil olmağa, əsir olmağa imkan vermir və bu insanın AZAD yaşamasını təmin edir. Qeyd etdik ki, Əhli-beytdən (ə) gələn mənbələrdə Allah Təaladan izzətin istənilməsinə, bu nəcib keyfiyyətin əta olunmasına dair çoxlu dualar vardır. Imam Səccadın (ə) dualarından görürük ki, Allahdan izzət istəniləndə əslində azad olmaqlıq istənilir. Izzətin verilməsi ilə Ilahi lütfün tamamlanması istənilir. Malın, sərvətin, şəhvətin, qüdrətin qulu olmaqdan qorunmaq istənilir Allahdan. Belə aşağı şeylər müqabilində məğlub olmaq kimi acı aqibətlə üz-üzə qalmaqdan qorunmaq istənilir Allahdan. Bunların əsiri olmaqdan, zəlili olmaqdan çəkindirilmək istənilir Allahdan. Bütün bu istəklərin, duaların bir ümumi məxrəci vardır. Insan bir ruhi keyfiyyətə malik olsa ki, onu mənfiliklərin əsiri olmaqdan çəkindirir ruhi tərəqqisi labüddür. Iradənin və şüurun məhsulu olan bu ruhu halət insanın hər vəziyyətdə qalib çıxmasını təmin edir. Islamofoblar hədəfinə çatmamalıdır Hollandiyada mənfur islamofob olaylarına toxunaraq biz ilk öncə bu proseslərin təbiətini açmalıyıq. Ümimiyyətlə, yaşadığımız dövrdə Islam dininə qarşı ictimai rəydə qərəzli stereotiplərin formalaşdırılması kimi təhlükəli bir tendensiya sezilməkdədir. Belə ki, ABŞ-da 11 sentyabr 2001-ci ildə baş vermiş terror aktlarından sonra bir çox yazılı və elektoron KIV-lərdə Islama və onun ardıcıllarına qarşı böhtan və təhqir xarakterli kampaniya başlamışdır və bu məsələ tək müsəlmanları deyil, bütün dünyanın mütərəqqi insanlarını narahat etməkdədir. Günümüzdə də bütün mütərəqqi dünya Hollandiyanın ifrat irqçilərindən olan Geert Vildersin antiislami filminin internetdə nümayişi ilə bağlı dərin narahatlııq keçirir və bu antiislami filmi pisləyir. Filmin nümayişində yeganə məqsəd inanclı insanların hisslərini təhqir etməkdir. Biz bu mənfur əməlləri pisləyir və bu əməllərə yol verən şəxsləri primitiv və alçaq islamofobiyada ittiham edirik. Vilders öz iyrənc filmində Islamı zorakılıq ilə tədayiləşdirir. Ekstremizmi və zorakılığı zatən rədd edən bir din olaraq, Islam hər zaman belə müqayisələrdən pak və yüksəkdir. Vildersə və onun kimilərə gözəl məlumdur ki, məhz müsəlmanlar ifrat əməllərin əsas qurbanları və diskriminasiyanın əsas hədəfidirlər. Şübhəsiz ki, biz çox primitiv üsulla anlayışların bilərəkdən əvəzlənməsinin, pis rədələnmiş irqçiliyin və ksenofobiyanın təzahürünün şahidiyik. Iradəvi surətdə və qərəzlə insanların şüurunda Islam dinini terrorçuluq və zorakılıqla eyniləşdirmək cəhdləri aşkar kampaniya xarakteri almışdır və bu proses artıq ən təhlükəli həddə yetişmişdir. Kütləvi informasiya vasitələrində dinlərə və dini müqəddəsatlara qarşı böhtan və təhqir qətiyyən yolverilməzdir və buna yol verənlər qanunun bütün sərtliyi ilə cəzalandırılmalıdırlar. Bütün bunlar ksenofobiyanın və dözümsüzlüyün təzahürlərindən başqa bir şey deyildir və bunları təzahür azadlığı kimi qələmə vermək cəhdləri heç bir hüquqi və məntiqi gücə və əsasa malik deyildir. Avropada müsəlman əhalisinin artan xətt üzrə dəyişməsi irqçiləri və ksenofobları ciddi narahat etmişdir və əslində dözümsüz olan bu ünsürlər öz mahiyyətlərini müxtəlif bəhanələrlə gizlətməyə çalışaraq, müsəlmanlar üçün dözülməz psixoloci şərait yaratmaq və onların cəmiyyətdən tamamilə təcrid olunmasına, perspektivdə isə mühacirət etməsinə nail olmaq istəyirlər. Bunların şüarları və hədəfləri bütün irqçilərin və ksenofobların şüar və hədəfləri ilə tamamilə eynidir. Onu da qeyd etmək lazımdır ki, beynəlxalq birlik bu sərsəmləmələri qətiyyətlə pisləmişdir və bu yerində, dərhal və adekvat verilmiş reaksiyalar irqçi və islamofobları öz yerində oturtmaqla yanaşı, mədəniyyətlərin qarşılıqlı inteqrasiyası və yaxınlaşması prosesinə böyük töhfə vermiş olur. Bir mühüm nöqtəni də qeyd etmək zəruridir. Inanclı insanlara müraciətlə hər bir etirazın yalnız Islamın bəyəndiyi formada olmasının vacibliyinə diqqət çəkirik. Islamofobların öz məqsədlərinə çatmasına yol vermək olmaz. Ölkəmizdə ən aktual məsələlərdən biri jurnalistlərin və onlara qoşulan ictimaiyyət fəallarının aclıq aksiyasıdır. Bu aksiyalar son həddə olan bir etirazdır. Insan öz sağlamlığını təhlükədə qoymaqla nəyəsə etiraz edirsə, bu vəziyyətin son dərəcədə böhran həddə olmasına dəlalət edir. Cəmiyyət süst və laqeyd bir durumdadır. Məhz bu amil vətəndaş cəmiyyəti fəallarını belə ifrat vasitələrlə insanların diqqətini problemlərə cəlb etməyə məcbur edir. Cəmiyyətin bu məsələyə diqqət yetirməsi və dəstək verməsi çox mühüm amildir və yalnız laqeydlik atmosferi aradan gedərsə, vəziyyət müsbətə doğru dəyişə bilər. Azad sözün olmadığı cəmiyyətdə heç bir hüquq yaşaya bilməz və jurnalistin yazısına görə təqib olunması qətiyyən yolverilməzdir. Bu tələblərə qoşularaq, həbsdə olan jurnalistəlrin azad olunmasını istəyirik və ümid edirik ki, sağlam zəka qalib gələcəkdir. Allahım! Cəmi insanlara dəyərli həyat və gözəl axirət qismət et! Allahım! Ağsaqqalları Kərbəla ağsaqqallarına, cavanları o mübarək cavanlara layiq et! AMIN! Hacı Ilqar Ibrahimoğlu, ilahiyyatçı-filosof, Içərişəhər “Cümə” məscidinin imam-camaatı ibrahimoglu@gmail.com

 

 

لینک
پنجشنبه ٢٩ فروردین ،۱۳۸٧ - şakir

       

 

 

Kərbəlanın  ilk zəvvarı    Ərbəin gününün məxsusiliyi nədədir? Yekunlaşan məhərrəm-səfər əyyamı bir neçə kulminasiya nöqtəsi ilə səciyyəlidir. Bunların hər biri Aşura məktəbinin müəyyən dönəmlərini əhatə edir. Bu günlər arasında, istər məhərrəmlik dönəminin yaşanması ənənəsinin, istər ziyarət ənənəsinin bərqərar olması, istərsə də Aşura həqiqətlərini unutmağa qoymamaq baxımından ərbəin - Imam Hüseynin (ə) şəhadətinin 40-cı günü xüsusi önəm təşkil edir. Ətiyyənin xatirəsi Ərbəin günü bir gündür ki, Imam Hüseynin (ə) müqəddəs məzarı ilk olaraq həmin gün ziyarət olunmuşdur. Ərbəin günü Peyğəmbərimizin (s) ən yaxın səhabələrindən olan Cabir ibn Abdullah Ənsarinin adı ilə bağlıdır. Rəsuli-Əkrəmin (s) bu sevimli və əziz məsləkdaşı ilk şəxsdir ki, Imam Hüseynin (ə) şəhadətinin 40-cı günü - “ərbəin” günü, hicrətin 61-ci ili səfər ayının 20-də bu müqəddəs məzarın ziyarətinə gəlmişdir. Cabir Ənsarinin yaxınlarından olan Ətiyyə belə nəql edir: “Cabir ibn Abdullah Ənsari ilə Imam Hüseynin (ə) ziyarəti üçün Mədinədən çıxdıq. O zaman ki, Kərbəlaya yetişdik, Cabir Fərat çayının kənarına getdi və qüsl aldı. Sonra libasını geyindi və ətir vurdu. Sonra hər addımında zikr deyə-deyə Imam Hüseynin (ə) qəbrinə tərəf getdi. O vaxt ki, Imam Hüseynin (ə) qəbrinin kənarına çatdıq, mənə söylədi: ”Əlimi pak qəbrin üzərinə qoy" (cənab Cabir Ənsarinin gözləri görmürdü). Mən belə də etdim. Bu anda gördüm ki, Cabir qəşş elədi və qəbrin üzərinə yıxıldı. Bir az üzünə su vurdum. O vaxt ki, Cabir özünə gəldi, 3 dəfə: “Ya Hüseyn! Ya Hüseyn! Ya Hüseyn!” dedi". “Ya Hüseyn!” fəryadı Çox mənalar gizlənib cənab Cabir Ənsarinin bu “Ya Hüseyn!” deyərək çağırmasında. Əgər istəyirik başa düşək ki, necə olur Peyğəmbərin (s) yaşlı, ağsaqqal bir səhabəsi, onillər keçdikdən sonra Rəsuli-Əkrəmin (s) əziz nəvəsi Imam Hüseynin (ə) qəbri üstünə gəlib burada qəşş edir və özünə gəldikdən sonra 3 dəfə “Hüseyn!” deyə səsləyir, gərək gedək bir başqa səhnəyə nəzər salaq. Allah Rəsulun (s) hələ bu dünyada olduğu, bəşəriyyəti öz nuru ilə bərəkətəndirdiyi səadətli günlərin birində Cabir Ənsari o Həzrətin (s) yanına gəlir. Əziz Islam Peyğəmbəri (s) Cabirə buyurur: “Cabir! Sən o qədər yaşayacaqsan ki, Hüseyn böyüyəcək və Allah Təala ona bir övlad verəcək ki, adı Əli /Imam Səccad(ə)/ olacaq. Sən o qədər yaşayacaqsan ki, Əli də /Imam Səccad (ə)/ böyüyəcək və Allah Təala ona bir oğul verəcək ki, elmləri yarandır, Muhəmməd Baqirdir. Sən mənim salamımı ona çatdırarsan”. Üç mühüm nöqtəni çatdırır Həzrət Peyğəmbər (s) öz sevimli səhabəsinə. Birincisi, cənab Cabirin həyatı barədə, çox yaşaması barədə ona məlumat verir. Sonra Imam Hüseynin (ə) əziz balası barədə və nəvəsi barədə xəbər verir öz sadiq məsləkdaşına Rəsuli-Əkrəm (s). Eyni zamanda, burada bir təbərrük yükünün daşınması ilə yanaşı, Ilahi davamçılıq xəttinə bir işarə var və bununla yanaşı, insanların nübuvvət nurundan bəhrələnməklərində sabitqədəm olmaları üçün höccət tamam edilir, dolğun və tam məlumat çatdırılır. 2 müqəddəs üfüq Sanki 2 müqəddəs üfüqü canlandırır Cabirin gözü önündə Rəsuli-Əkrəm (s). Birincisi Imam Səccad (ə) üfüqüdür ki, bəndənin Rəbbi ilə ünsiyyətinin, dua mədəniyyətinin ən gözəl çatdıranı olmuş, Islamın duaya verdiyi son dərəcə mühüm yeri real məzmunla dorldurmuşdur. Bəndənin Yaradanla münacatının bir canlı təcəssümüdür “Səhifeyi-Səccadiyyə”. Ikinci müqəddəs üfüq - Imam Baqir (ə) dühası ilə, Islamın elmə və elmlənməyə verdiyi misilsiz əhəmiyyəti öz mübarək vücudu ilə təsdiqləyən əziz 5-ci Imamla (ə) təşəkkül tapır. Və Həzrət Əli oğlu Imam Hüseynin oğlu Imam Səccadın oğlu Imam Muhəmməd Baqirə, elmləri yaran Imama (ə) salamını göndərən Peyğəmbərimiz (s), bu şərəfli missiyanı cənab Cabir Ənsariyə tapşırır. Illər keçir... Cabir hələ yaşayır, amma artıq Həzrət Peyğəmbər (s) dünyadan gedib. Ümməti yetim qoyaraq, özü də nigaran gedir. Bəni-Səqifə fitnəsinə doğru gedən, ümməti parçalamaq istəyənlərdən nigaran gedir. Dağlar qədər olan Əli (ə) səbrindən, Islamın cəngavəri olan, Islam düşmənlərini lərzəyə gətirən, fəqət vəhdətə xatir səbr edən Əli (ə) məzlumiyyətindən qəlbi giziltili gedir Rəsulun (s). Illər keçir... Artıq Həzrət Əli (ə) də şəhid olur. Peyğəmbərin (s) rehlətindən 30 il keçir. Lənətlik xəvaric ibn Mülcəmin zəhərli qılıncı səcdə vəziyyətində olan Imam Əlinin (ə) mübarək başına endirilir... Başının qanına boyanır Həzrət Əlinin (ə) saqqalı. O kəsin qanına ki, dünyalar qədər elm var bunun sahibində. O kəsin qanına ki, Ilahi məhəbbət və hər şeyi Allah xatirinə etməyin təcəssümü buradadır. Cabir isə hələ yaşayır. Bu böyüklükdə faciəni keçirir və yaşayır. Illər keçir... Cabir yaşayır, amma artıq imamətin davamçısı Imam Həsən (ə) lənətlik Müaviyənin göndərdiyi adamın verdiyi zəhərin təsiri altında vücudu odlana-odlana bu dünyanı tərk edir. Babasının - Həzrət Peyğəmbərin (s) yanında torpağa tapşırmağa belə imkan vermirlər Imam Həsənin (ə) müqəddəs vücudunu. Illər keçir... Cabir yaşayır. Artıq Imam Hüseynin (ə) övladı Imam Əli ibn Hüseyn - Imam Səccad (ə) böyüyür. Aşura günü yetişir. Imam Hüseyni (ə) şəhid edirlər. Imam Səccad (ə) - Hüseyn oğlu Əli əsir düşür Islamın düşmənlərinə. Həmin Əli ibn Hüseyn ki, Rəsuli-Əkrəm (s) Cabirə onun barəsində müjdə vermişdi. Necə çətindir Cabirə yaşamaq, necə çətindir bu şəhadətlərə, dünyanın ən üstün insanlarının, yaranmışın ən kamil nümunələrinin ölümünə dözmək. Həzrət Peyğəmbərin (s), Həzrət Zəhranın (s.ə.), Həzrət Əlinin (ə), Imam Həsənin (ə), Imam Hüseynin (ə) şəhadətinə davam gətirmək necə çətindir Cabirə. Nələri düşünürdü Cabir? Qayıdaq ərbəin gününə. Mədinədən çıxıb Kərbəlaya gedən, artıq ahıllaşmış qocaman səhabə Cabirin yanına qayıdaq... O qəlbi pak Cabirin ki, ziyarətdən öncə cismini də pak edir. O Cabirin ki, ziyarətə gəlib “Hüseyn, Hüseyn, Hüseyn” deyir. Görəsən, Fərat kənarına gələndə, Fəratdan müqəddəs məzaradək gedəndə yol boyu nələri düşünürdü Cabir? Ərbəin ənənəsinin əsasını qoyanda, Imam Hüseynin (ə) ilk zəvvarı olan zaman nələri düşünürdü Cabir? 1368-ci Ərbəin Böyük gündür ərbəin günü. Hüseyni xatırlama, Hüseyn qurbanını, Hüseyn dönməzliyini, şücaətini, əyilməzliyini, fədakarlığını yada salma günüdür ərbəin. Hüseyni ziyarət etmə mədəniyyətinin bünövrəsi qoyulan bir gündür ərbəin. Hər vəziyyətdə, hər üsulla Aşura həqiqətlərini, Aşura müsibətini bəşəriyyətə çatdıran, insanlara haqqı bəyan edən xanım Zeynəb (s.ə.), Imam Səccad (ə) həmin günlərdə də bir rövzə mədəniyyətinin əsasını qoyublar. Ima Hüseyni yad etmək mədəniyyətini həyatları ilə yaşayıblar. Cabir Hüseyn (ə) ziyarətinin əsasını qoyur. Peyğəmbər və Əhli-beytinin (ə) göstərişi olan bir ziyarətin, zalımın zülmünə “yox!” deməklə, məzlumun haqq səsinə səs verməklə səciyyələnən, insan övladına onun yüksək və şərəfli vəzifəsini xatırladan bir ziyarətin əsasını qoyur Cabir. 1368 il keçir o günlərdən. Amma hər il - artıq 1368 dəfə ərbəin gününü qeyd etmişlər Imam Hüseyn (ə) aşiqləri. Hər il milyonlarla insan bu gündə can atır Imam Hüseynin (ə) ziyarətinə. Allah Təaladan istəyimiz budur ki, Imam Hüseyn (ə) xatirinə, Əli ibn Hüseyn (ə) xatirinə, axıradək hürrlük və azadəlik bayrağını buraxmayan Hüseyn ələmdarı Həzrət Əbülfəzl Abbas xatirinə, Kərbəlada şəhid olmuş bütün o pak insanların xatirinə cəmi iman əhlini dünyada Peyğəmbər və Əhli-beytinin (ə) ziyarətindən, axirətdə isə şəfaətindən ayrı salmasın! Qadir Allah bütün günahsız qurbanları, yüksək amallar uğrunda şəhid olmuş insanları, Qarabağda, Fələstində - bütün dünyada şəhid olan on minlərlə insanı Kərbəla şəhidləri ilə məşhur etsin! AMIN! Hacı Ilqar Ibrahimoğlu, ilahiyyatçı-filosof

 

لینک
سه‌شنبه ٦ فروردین ،۱۳۸٧ - şakir